null

Beton və qum-çınqıl istehsalı

Beton istehsalı

Beton istehsalı sement, doldurucu, su və digər əlavələrin ortaq nisbətdə götürülüb kompüter nəzarəti ilə qarışdırılması ilə əmələ gəlir. Betonun istehsalında istifadə olunacaq materialların keyfiyyətini və uyğunluğunu yoxlamaq üçün laboratoriya təcrübələri aparılır və sınaqdan keçən materiallar istehsala yararlı sayılır. Daha sonra isə beton istehsal edilməsi üçün 5 mərhələdən keçir.

  • Dizayn mərhələsi
  • İstehsal mərhələsi
  • Çatdırılma mərhələsi
  • Yerləşdirmə və sıxılma mərhələsi
  • Baxım və təmizləmə mərhələsi

Beton qarışığı istehsalı

1. Beton qarışığı istehsalı zamanı dizaynına başlamazdan əvvəl betonda istifadə olunacaq xammallar diqqətlə seçilir.
2. Dizayn mərhələsindən uğurlu keçən əsas xammallar TS EN 206 sertifikatına uyğunluğu yoxlanılır, hər beton sinfinə uyğun beton qarışığı hesablaması yaradılır, beton zavodunda avtomatlaşdırılır və istehsala başlanılır.
3. Beton istehsal edildikdən sonra 2 saat ərzində müştəriyə çatdırılmalı və qəlibə yerləşdirilməlidir.
4. Betonun düzgün yerləşməsi və yerləşdirilməsi üçün keyfiyyətli qəlib olması şərtdir, qəlib düzgün oturmalı və sement məhlulunu sızdırmamalıdır. Qəlibin asan sökülməsi və betonun səthinin hamar olması üçün beton tökülməmişdən əvvəl qəlibin səthi qəlib yağı ilə yağlanmalıdır.
5. Betonun baxım və təmizləmə mərhələsində su çiləmək, üzərini örtərək sulamaq, yaş qum qoyulması və su ilə doymuş yonqar döşəməsi ilə baxım etmək havanın çox isti, soyuq və küləkli olduğu hallarda belə betonun dözümlülüyünü təmin edir.

Fibro beton

Fibrobeton fiber ilə gücləndirilmiş beton növüdür. Hazırlanmasında istifadə olunan qələviyə davamlı şüşə fiberin qarışığı ilə adi betona görə daha dözümlüdür. İstehsal edilərkən qəliblərə töküldüyü üçün istənilən şəkildə hazırlana bilinir. Əsasən ağ rəngdə olur, elastik quruluşa malikdir, 10-15 mm qalınlığında, 110-120 kq ağırlığında istehsal olunur. 500 Hz-də 35 dB səs izolyasiyası təmin edir, zəlzələyə qarşı dözümlü və nəfəs alması ilə rütubət əmələ gətirmir. Binaların xaricində istifadə olunur. Estetik cəhətdən əlverişli olduğu üçün dünya memarlığında ən çox istifadə edilən tikinti materialıdır.

Solid beton

Solid beton inşaatda istifadə edilən prefabrik beton məhsullarından biridir. Prefabrik məhsulları betonların inşaata gətirilməmişdən əvvəl formaya salınıb bərkiməsini ifadə edir. Solid beton Portland sementi, su, qum və çınqıl qarışığından hazırlanır. Bu betonlar tutucu olan divarlar üçün istifadə edilir, zəlzələ zamanı ağırlığı minimuma endirir, bağ-bağça divarı, kamin tikilməsində daha çox istifadə edilir.

Beton və qum-çınqıl istehsalı

Profbeton

Daş istehsalı

Daş istehsalı sement, doldurucu, su və digər əlavələrin ortaq nisbətdə götürülüb kompüter nəzarəti ilə qarışdırılması nəticəsində əmələ gəlir. Daşın istehsalında istifadə olunacaq materialların keyfiyyətini və uyğunluğunu yoxlamaq üçün laboratoriya təcrübələri aparılır və sınaqdan keçən materiallar istehsala yararlı hesab edilir.

Profbeton

Qum istehsalı

Qum qırılmamış dənəciklərdən meydana gələn incə doldurucudur. Tikinti materialı kimi istifadə edilən qumun ölçüsü 0,063-2 mm olan boş teksturalı qırıntı halında çöküntüdür. Qum kvars, feldispat dənələri, qaya qalıqları, mika və qlaukoniya kimi mineralların qarışığıdır. Gil və lil fraksiyalarının nisbəti qumun xüsusiyyətlərini təyin edən mühüm amillərdir.

Profbeton

Çınqıl istehsalı

Çınqıl- qırılmamış dənəciklərdən meydana gələn iri doldurucudur. Tikinti materialı kimi istifadə edilən çınqıl 2-128 mm ölçüdədir. Dənizdən yığılan çınqıl betonun tərkibinə uyğun olması üçün müqavimətə dayanıqlı olmalı, soyuq və isti mühitlərdə dözümlü olması üçün bütün standartlara cavab verməlidir.