Beton tərkibində müxtəlif komponentləri birləşdirən (qum, ələnti, çınqıl, qırmadaş və s.) süni daş materialdır. Beton təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırır, təhlükəsizlik, istismara yararlılıq, uzunömürlülük, səs-izolyasiya və həmçinin sukeçirməzlik kimi xüsusiyyətlərə malikdir.
Beton tərkibi
Tikinti betonu
Tikintidə betonun rolu əvəzsizdir, bünövrənin düzgün qoyulması üçün tam sertifikatlı beton məhsulları şərtdir. ProfBeton MMC həm tikinti, həm də özəl sektor üçün mütəxəssislərin köməyi ilə fiziki-mexaniki göstəricilərinə görə fərqlənən beton növlərini (yüngül, ağır, odadavamlı və s.) sizə təqdim edir.
Beton istehsalı
Betonun tərkibinin 85%-ni təşkil edən qum, ələnti, çınqıl, qırmadaş və s. sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır. Beton səmərəli şəkildə seçilmiş və əsaslı qarışdırılmış mineral yapışdırıcı sement, su, doldurucu lazım olduqda plastifikator və bərkimənin sürətləndiriciləri kimi xüsusi əlavələrdən ibarət şəkildə qəliblərə tökülür və vibropresləməyə buraxılır. Beton istehsal edərkən tərkibindəki komponentlər laboratoriya şəraitində test edilir, keyfiyyətli, möhkəm və dayanıqlılıq standartlarına cavab verməsi yoxlanılır, beton istehsalında keyfiyyət göstəricilərini müəyyən etmək üçün fiziki və kimyəvi xassələri mütəmadi olaraq laboratoriyada araşdırılır. İnşa etdiyiniz məkanların bünövrəsinin sağlam olması üçün betonlar xüsusi beton maşınlarında texniki göstəricilər çərçivəsində istənilən əraziyə çatdırılır. Keyfiyyətli beton istehsalı həm sağlamlığınızı qoruyur, həm də uzunömürlü olması ilə davamlı istifadəyə yararlıdır.
Beton məhsulları
Səki daşı şəhərlərdə cığırların salınmasında istifadə olunan beton, tamet, parket, bordyur və digər xüsusi daş maketləridir. Bu daşlar xüsusi üsullarla əldə edilən funksional daşlardır. Bu gün səki üçün ən çox seçilən daş səki, tamet, və beton daşlarıdır. Xüsusi formaya malik olan süni daşlardır.