Metalkarkas
Karkas- bünövrəni daşıyan skelet sütunudur. Karkas daşıyıcı girişlərdən ibarət olub, sütunlar və tirlər vasitəsilə bünövrənin yerdə dayanmasını təmin edir. Karkas taxta, betonarmatur və metal olmaqla bir neçə yerə bölünür. Metalkarkas istehsalı zamanı daxilində poladdan istifadə edilir. Konstruktiv poladdan istifadə edərək karkasın istehsalı və təşkili yerində aparılır, sütunlar və tirlər düzülür və bünövrəyə hazır şəklə gətirilir. Metalkarkas örtüklərdə daha çox istifadə olunur və zavodda istehsal edilir. Metalkarkas digər karkaslarlardan daha davamlıdır və bir digər üstünlüyü də tikinti mərhələsi bitdikdən sonra istifadəyə yararlıdır.
Dəmir-beton konstruksiyaları
Dəmir-beton xarici təsirlərə davamlı olan beton və konstruksiya poladının ortaq təşkil etdiyi tikinti materialıdır. Dəmir-beton konstruksiyaları polad skeletini betonla örtməklə əmələ gələn ərintidir. Dəmir-betonun gücü ona qarışdırılan polad-beton nisbəti ilə ölçülür. Dəmir-beton konstruksiyalarının inşaatda çox istifadə edilməsinə səbəb: xammal maddələrinin asan tapılması, dayanıqlı olmağı, korroziya və çökmə riskinin minimuma endirməsidir. Dəmir-betonu digər materiallardan fərqləndirən başqa bir mənfi tərəfi isə materialdan az istifadə etdiyi təqdirdə baş verir, tərkibində göstərilən nisbətdə polad olmayan dəmir-beton konstruksiyaları çökmə riski yaradır. Yanlış məhsul seçimi edilməsi inşa edilən binanın, evin və s. yaşayış sahələrində ciddi fəsadlar yarada bilər. 2019-cu ildən fəaliyyət göstərən Profbeton MMC müxtəlif beton növlərini sizə təqdim edir. Bünövrənizin sağlam olması üçün bizə müraciət edin işinin peşəkarı olan mütəxəssislərimiz sizə ən müasir texnologiyalı məhsulları seçməkdə köməkçi olacaq.