null

Keyfiyyətə nəzarət

Keyfiyyətə nəzarət

Keyfiyyətə nəzarət- bir məhsulun və ya xidmətin mövcudluğunun, etibarlılığının, qorunub saxlanmasının və istehsal olunmasının standartlaşdırılmasının təmin olunduğu prosesdir. Keyfiyyətə nəzarət planlaşdırılmış şəkildə nəzarət və inkişaf mərhələlərini nəzərə almalı, yalnız bir məhsulun dayanıqlığına və ya xidmətdəki məmnuniyyətə aid deyil, həm də şirkət tərəfindən müəyyən olunmuş maliyyənin gəlirli olması, ticarətin artımı və texniki təhlükəsizlik standartlarına cavab verməlidir. Profbeton MMC şirkəti keyfiyyətə nəzarət edərkən ilkin olaraq məhsul və xidmətlərin yoxlanılması, zəmanəti, idarə edilməsi və çatdırılmasının keyfiyyətinə davamlı nəzarət edir.

İstehsal prosesinə nəzarət

Profbeton MMC keyfiyyətə kompleks nəzarət sistemi tətbiq etməklə yanaşı, istehsal və xidmət proseslərinin, İSO 9001 keyfiyyət menecment sistemi tətbiq olunan beynəlxalq standartların, normativ-texniki sənədlərin tələblərinə uyğun təşkil edilməsi, tətbiqi və təkmilləşdirilməsi əsas hədəflərindən biridir. Keyfiyyətin idarəolunması beton istehsalı sahəsində, xammal və hazır məhsullar olan proseslərə tətbiq edilirək, beynəlxalq standartların tələblərinə uyğunlaşdırılır.

Beton laboratoriyaları

İstehsal edilən beton məhsullarının yüksək keyfiyyətini təmin etmək üçün xammalın, mineral əlavələrin və hazır məhsulun keyfiyyətinin yoxlanması, zavoda məxsus müasir beynəlxalq standartlara tələblərinə cavab verən müasir laboratoriyada mütəmadi olaraq, sınaqdan keçirilir və bu da betonun sukeçirməzlik, şaxtayadavamlılıq və sulfatadavamlılıq vədini təmin edir.

Sement xəmiri

Beton qarışığı beş əsas tərkib hissədən ibarətdir: Su, sement, doldurucular, kimyəvi və mineral əlavələr. Su və sement plastik kütlə (sement xəmiri) əmələ gətirir və hidrotasiya adlanan kimyəvi reaksiya nəticəsində birləşərək materialları süxura bənzər kütləyə çevirir.