Əmtəə betonu
Əmtəə betonu
Beton tərkibi – beş əsas komponentdən – su, sement, doldurucu, kimyəvi və mineral əlavələrdən barət süni daşdır. Beton – seçilmiş beton qarışığın sərtləşməsi və formalaşması yolu ilə əldə olunan kompozit materialdır. Profbeton MMC şirkəti betonlarını əmtəə nişanlı olması ilə seçilir. Biz istehsal etdiyimiz bütün betonlarda iqtisadi cəhətdən ekoloji təmiz olmasını və müştərilərimizi məmnun etməyi ilkin faktor olaraq göz önündə tuturuq.
Tikinti materialları
Tikinti materialları bina və qurğuların tikintisi və təmirində istifadə olunan təbii və
süni materiallardır. Profbeton tikinti materialları beton, polad və plastmaslar kimi yeni tikinti materialları hazırda geniş şəkildə istifadə edilməkdədir. Beton istehsal müəssisəsində istehsal prossesindən asılı olaraq bütün tikinti materialları istehsalat labarotoriyasında sınaqdan keçirilir. Tikinti materialları təbii (daş, çınqıl, qum, taxta və
s.) və süni (sement, emulsiya, pastalar və s.) növlərə bölünür.
Tikinti materialları sənayesinin təsnifatını aşağıdakı ardıcıllıqla qeyd etmək olar:
1. Mərmər, aqlay, qranit, təbii daş və çınqıl hasilatı və onlardan üzlük
materialların istehsalı;
2. Sement, gips, əhəng istehsalı;
3. Keramik və farfor məmulatların istehsalı (santexnika məmulatları, keramik
divar və döşəmə plitələri, borular, fasad bəzəkləri və s.);
4. Dam örtüyü üçün yumşaq materialların və hidroizolyasiya materiallarının
istehsalı;
5. Polimerlərdən məmulatların istehsalı;
6. Asbest istehsalı;
7. Beton istehsalı;
8. Tikinti metalkonstruksiyalarının istehsalı;
9. Taxta məmulatların istehsalı.
Beton zavodu
Beton zavodu qum, çınqıl və qırmadaş materiallarından ibarət doldurucuların su, sement və müxtəlif əlavələr ilə qarışdırıldığı və betonun ötürücülərə və ya yük maşınlarına doldurulduğu müəssisədir. Beton zavodunu təşkil edən əsas faktorlar: doldurucu bunkeri, doldurucu tərəzi zolağı, qarışdırıcının qidalanma zolağı, qarışdırıcının yerləşdiyi əsas şassi qrupu, sement avadanlıqları ilə birlikdə müəssisəni idarə edən avtomatlaşdırma sistemləridir. Beton zavodları mobil, quru, kompakt, sabit olmaqla 4 müxtəlif işləmə texnikasına malikdir.
Əmtəə betonu satışı
Profbeton MMC əmtəə beton markalarının yüksək keyfiyyətlə satışını sizə təmin edir, bizim şirkətimizin başlıca məqsədi: satış sonrası betona qulluq, tikinti quraşdırma, satış sonrası marka zəmanəti və müştəri məmnuniyətidir. Həm qiymət, həm də keyfiyyət baxımından ən uyğun təklifi verəcəyimizə şübhəniz olmasın.